Almaniya Minsk sammitini şübhə altında qoyub
Bizi izləyin

Dünya

Almaniya Minsk sammitini şübhə altında qoyub

Almaniyanın xarici işlər naziri Frank-Volter Steinmeier Ukrayna münaqişəsi ilə bağlı fevralın 11-də Minskdə gözlənilən sammitin baş tutmasını şübhə altında qoyub. O qeyd edib ki, bunun üçün hələ çox iş görülməlidir.

Publika.az xəbər verir ki, bu sammitdə Rusiya, Ukrayna, Fransa və Almaniyanın liderləri iştirak etməlidir.

Belə bir sammitin keçirilməsini Almaniya bu günlərdə bəyan edib. Bundan əvvəl Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande, Ukrayna prezidenti Petro Poroshenko və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Kreml yanvarın 9-da bəyan edib ki, Putin Ukrayna ilə bağlı iltimatumları qəbul etməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm