• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ərdoğanın seçicilərinə “axmaq” dedi

  • Dünya
  • 9 Fevral 2015 23:34
  • 361 Baxış
Ərdoğanın seçicilərinə “axmaq” dedi

Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) Şırnak vilayətindən olan millət vəkili Hasip Kaplan Ədalət və İnkişaf Partiyasının (AKP) seçicilərini təhqir edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hasip Kaplan AKP seçicilərini “axmaq” adlandırıb.

HDP-li millət vəkili prezident Rəcəb Tayyib Ərdoğanın “400 millət vəkili istəyirəm” sözlərinə cavab olaraq “Sənə bu ölkədə 400 millət vəkili verəcək axmaq yurddaşlar varmı?” deyib.

Hasip Kaplan AKP-nin parlament əksəriyyəti olan 276 yeri ala bilməyəcəyini iddia edib.

“Ərdoğan 550 millət vəkili də istəyə bilər. Qarşıdakı seçkilərdə 400 millət vəkilini kimsə yuxusunda görməsin”, - HDP-li millət vəkili söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR