Çində imamlar məcburi şəkildə rəqs etdilər - FOTOLAR
Bizi izləyin

Dünya

Çində imamlar məcburi şəkildə rəqs etdilər - FOTOLAR

Çinin Şərqi Türküstan vilayətinin Urumçi şəhərində bütün məscidlərin imamları bir meydanda toplanılaraq kütləvi şəkildə rəqs etməyə məcbur edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çinin rəsmi xəbər agentliyi “Sinxua” meydanda toplanan imamların “mədəniyyətlərin nümayişi” adı verilən tədbirdə rəqs etdiyini bildirib.

İmamlar rəqs edərkən “Ölkədəki sülh qəlblərə rahatlıq gətirir” şüarları da səsləndirib. Eyni meydanda universitet tələbələri də rəqs etməyə məcbur edilib. Tədbirdə edilən çıxışlarda gənclərin məscidlərdən uzaq durması istənilib. İbadətin sağlamlığa fayda vermədiyi deyilən çıxışlardan sonra tələbələrdən sağlam olmaq üçün rəqs etmələri tələb olunub.

Məmurlar isə “Maaşımızı Allah yox, Çin Komunist Partiyası verir” şüarı səsləndirməyə məcbur ediliblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm