• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Obama ilə Merkel Rusiya barəsində razılaşdı

  • Dünya
  • 10 Fevral 2015 02:53
  • 439 Baxış
Obama ilə Merkel Rusiya barəsində razılaşdı

ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə anti-Rusiya sanksiyaların saxlanılması barədə razılaşıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

“Biz diplomatik həllin hazırlanması üzrə işi davam etdiririk. Biz bu gün yenidən göstəririk ki, əgər Rusiya ölkəsinin iqtisadiyyatını dağıdan və rusiyalılara zərər verən, eyni zamanda Ukraynaya dəhşətli təsir göstərən hazırkı kursuna davam edərsə, o halda Rusiyanın siyasi və iqtisadi təcridi daha da ağırlaşacaq”, - ABŞ prezidenti deyib.

Bundan başqa, Obama xəbərdarlıq edib ki, Ukraynaya silahların çatdırılması imkanına hazırda da baxılır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR