İstanbulda G-20 sammiti keçirilir
Bizi izləyin

Dünya

İstanbulda G-20 sammiti keçirilir

Dünyanın 20 inkişaf etmiş iqtisadiyyatına malik ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri qlobal iqtisadi artıma dəstək üçün koordinasiyaları addımları müzakirə etmək məqsədilə İstanbulda toplaşıb.

Publika.az-ın məlumatına görə, hazırda G-20-yə rəhbərlik edən Türkiyənin baş nazirinin müavini Əli Babacan deyib ki, o, ölkələrin icbari olmayan milli investisiya hədəflərini müəyyən edəcəklərinə ümid edir.

"Ancaq bizim üçün vacib olan budur ki, investisiyanın önəmi barədə mesaj çatdıraq. Hətta dövlət resursları olmadan biz onların maliyyələşdirilməsi yollarına nəzər salmalıyıq," - Babacan əlavə edib.

Nüfuzlu beynəlxalq iqtisadi təşkilatların bildirdiyinə görə, hökumətlər əvvəlcədən razılaşdırılmış siyasətlərin tətbiqində yetərli addımlar atmırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm