ABŞ ilk dəfə açıqladı: “Anlaşa bilmirik”
Bizi izləyin

Dünya

ABŞ ilk dəfə açıqladı: “Anlaşa bilmirik”

ABŞ İsrail ilə münasibətlərdə problemlər olduğunu ilk dəfə rəsmi şəkildə açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İsraildəki səfiri Dan Şapiro iki ölkə arasında anlaşılmazlıqların olduğunu, ancaq bunun bir böhran olmadığını bildirib.

İsrail dövlət radiosuna açıqlama verən Şapiro Vaşinqton və Təl-Aviv arasındakı anlaşılmazlıqların həll ediləcəyini və bunun qaçılmaz olduğunu deyib. Səfir həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində çıxış etməsi ilə əlaqədar müzakirələrdən asılı olmayaraq, iki ölkə arasında birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, İsrailin baş naziri mart ayının əvvəlində ABŞ Konqresində çıxış etməsi üçün bu ölkəyə dəvət edilib. Netanyahunu ABŞ-a Konqresin Nümayəndələr Palatasının rəhbərliyi dəvət edib. Ağ Ev isə bunun diplomatik qaydalara uyğun olmadığını bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm