Donetskdə partlayış
Bizi izləyin

Dünya

Donetskdə partlayış

Tanınmamış "Donetsk xalq respublikası" nümayəndələri Donetsk şəhərində lak-boya materialları kimyəvi zavodunun atəşə tutulduğunu bildiriblər.

Publika.a-ın məlumatına görə, atəş nəticəsində müəssisədə güclü partlayış və yanğın baş verdiyi bildirilir. Donetsk xəbər agentliyi atmosferə zərərli kimyəvi maddələrin tullanması təhlükəsinin olmadığını açıqlayıb.

Ötən gecə regionda işləyən xarici medaia nümayəndələri zavodun yerləşdiyi ərazidə güclü partlayışın baş verdiyini, həmin parlayış nəticəsində bir çox evlərdə pəncəərə-şüşələrin dağıldığını xəbər verib.

Ukraynanın "Azov" milli qvardiyasının mətbuat xidməti isə partlayışın separatçıların hərbi sursat anbarında baş verdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm