Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ertələdi
Bizi izləyin

Dünya

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ertələdi

Avropa İttifaqı (Aİ) ölkələrinin XİN rəhbərləri Rusiya vətəndaşları və Ukraynanın şərqindəki separatçıların liderlərindən ibarət viza və bank məhdudiyyətlərini nəzərdə tutan "qara siyahını" genşlədirilməsini dəstəkləyərək yeni sanksiyaların qüvvəyə minməsini fevralın 16-dək təxirə salıblar.

Publika.az xəbər verir ki, bu barədə Aİ Nazirlər şurasının mətbuat xidmətinin nümayəndəsi Susanne Kiefer Tvitter hesabında qeyd edib. Onun sözlərinə görə, bu addım "hazırda davam edən diplomatik səylərin nəticə verməsinə şərait yaratmaq məqsədilə" atılıb.

Aİ-nin 28 ölkəsinin hamısı mövcud sanksiya siyahısına 19 yeni adın əlavə edilməsini dəstəkləyib. Fransa Xarici İşlər nazirinin sölərinə görə, sanksiyaların qüvvəyə minməsi Donbasdakı vəziyyətdən asılı olacaq.

"Minsk görüşünün nəticələri təhlil ediləndən sonra son qərar veriləcək", - Laurent Fabius Brüsseldəki görüşün nəticərindən danışarkən bildirib.

Aİ diplomatik mənbələrindən alınan xəbərə görə, yeni "qara siyahıya" 15 şəxsin və 4 təşkilatın adı daxil edilə bilər - söhbət, ilk növbədə, Ukraynanın şərqində fəaliyyət göstərən separatçı liderlərdən gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm