Kadırovçular geri dönür: Qafqaz qaynayır
Bizi izləyin

Dünya

Kadırovçular geri dönür: Qafqaz qaynayır

Çeçen döyüşçüləri artıq vətənlərinə qayıdırlar.

Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Antiterror Mərkəzinin Qərargahı açıqlayıb. Məlumatda bu barədə informasiyanın Ukrayna kəşfiyyatı tərəfindən alındığı bildirilib:

“Ramzan Kadırov keçən həftə şəxsən əmr verib ki, çeçenlər geri dönsünlər. Artıq çeçenlər Donbası tərk edir. Onların buradan getməsinin isə üç səbəbi var. Birincisi, Donetsk rəhbərliyi ilə çeçenlər arasında olan konfliktdir. İkinci səbəb Munayevdir. Kadırovun adamları Ukraynaya Munayevin qisasını almağa gələn sülhməramlılardan qorxurlar. Onlar daha öncələrdə etiraf edirdilər ki, Munayevin tərəfdarları daha effektiv döyüşürlər. Üçüncü səbəb isə Qafqazdır. Belə ki, Qroznıda yazda vəziyyətin heç də yaxşı olmayacağı deyilir. Buna görə də Kadırova döyüşçülər lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm