Rusiyada Atom Elektrik Stansiyasında yanğın
Bizi izləyin

Dünya

Rusiyada Atom Elektrik Stansiyasında yanğın

Rusiyanın “Rostov” Atom Elektrik Stansiyasında yanğın olub.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Atom Elektrik Stansiyasının texnologiya meydançasında hidrogenin alışması baş verib.

Yanğın Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi tərəfindən söndürülüb. Zərər çəkənlərin və radiasiya çirklənməsi təhlükəsinin olmadığı bildirilir.

Rusiyanın paytaxtı Moskvadan təxminən 500 kilometr məsafədə yerləşən stansiyada ötən ilin noyabrında da qəza baş vermişdi. Elektrik xətlərində baş verən qəza nəticəsində stansiyanın iki enerji blokunun fəaliyyəti dayandırılmışdı.

Qeyd edək ki, Rostov Atom Elektrik Stansiyası “Rosatom”un elektrik enerjisi divizionunun filialıdır. Stansiya Rusiyanın cənubunda ən böyük energetika müəssisələrindən biridir. Stansiya Volqodonskun 13,5 kilometrliyində, Simlyan su anbarının sahilində yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm