Rusiya qoşunları Debaltsevoya hücuma keçdi – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Rusiya qoşunları Debaltsevoya hücuma keçdi – SON DƏQİQƏ

“Ukraynanın Debaltsevo şəhəri ətrafında vəziyyət ağırlaşıb. Terrorçular Debaltsevo ərazisində aktiv hücuma keçiblər”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın xalq deputatı, “İnformasiya müqaviməti” qrupunun rəhbəri Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

“Son üç gün ərzində Rusiya terror qoşunlarının cinah taktik qrupları zərbə gücünü xeyli artıra bilib və aktiv hücum hərəkətlərinə keçib”, - xalq deputatı qeyd edib.

Dmitri Tımçukun sözlərinə görə, Ukrayna artilleriyasının rəqibin zərbə taktiki qruplarının irəlilədiyi yollara endirdiyi zərbələr hücumların başlanmasını gecikdirib və qismən effekt verib: “Bir neçə hərbi texnika və onlarla canlı qüvvəsini itirməsinə baxmayaraq, terrorçular və Rusiya qoşunları eyni zamanda Artemovsk və Debaltsevonu almağa çalışır. Əsas məqsəd Debaltsevoya gedən təchizat yollarını kəsməkdir”.

“İnformasiya müqaviməti” qrupunun rəhbəri qeyd edib ki, Rusiya terror qoşunları bir neçə istiqamət üzrə Ukrayna qoşunlarını sıxışdıra bilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm