İŞİD dəniz “dövləti”nə çevrilir - ŞOK İDDİA
Bizi izləyin

Dünya

İŞİD dəniz “dövləti”nə çevrilir - ŞOK İDDİA

Qərb Liviyaya müdaxilə etməyəcəyi təqdirdə “İslam Dövləti” (İŞİD) terror qruplaşması Aralıq dənizinin sahillərinə çata bilər.

Publika.az xəbər verir ki, belə bir xəbərdarlıqla Liviyanın keçmiş baş naziri Əli Zeydan “Times” qəzetinə açıqlamasında çıxış edib.

Sabiq baş nazir qeyd edib ki, ölkədə legitim hökumətin olmaması və Qəddafi rejiminin silahlarının müxtəlif silahlı qrupların əlinə keçməsi Liviyanı İŞİD-in açıq hədəfinə çevirib. Keçən il parlamentdən etimad səsini ala bilməyəndən sonra Almaniyaya qaçan Əli Zeydan Qərbin Liviyadakı iqtidar boşluğunu doldurmaq üçün hərəkətə keçməli olduğunu söyləyib. O, əks halda İŞİD-in təsir dairəsinin Liviyada da yayılacağını deyib.

“Getdikcə çoxalırlar, onlar hər yerdədirlər. Ümid edirəm ki, beynəlxalq cəmiyyət təhlükəni çox ciddi qəbul edəcək. Liviyada vəziyyət hələ nəzarət altındadır. Amma daha bir-iki ay rahatlaşsaq, Liviyaya nəzarət etmək qeyri-mümkün olacaq. Ölkədə, Avropada böyük bir müharibə olacaq”, - keçmiş baş nazir qeyd edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Derna vilayətindəki silahlı qruplar İŞİD-ə bağlı olduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm