İran yeni qırıcısını təqdim etdi - FOTO
Bizi izləyin

Dünya

İran yeni qırıcısını təqdim etdi - FOTO

İran şəxsi istehsalı olan yeni nəsil qırıcılarını təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə “Mehr” informasiya agentliyi bildirib.

“Jane's” (Jane's İnformation Group) nəşrinin yazdığına görə, “Saeqeh-2” qırıcıları Amerikanın “Northrop” şirkətinin istehsalı olan “F-5F Tiger II” döyüş-tədris qırıcısının əsasında hazırlanıb. İran qırıcısının orijinaldan hansı xüsusiyyətlərlə fərqləndiyi barədə məlumat yoxdur.

Daha əvvəl İran hərbçiləri açıqlamışdı ki, “Saeqeh” ailəsindən olan qırıcılarının kütləvi istehsalına başlamağı planlaşdırır. “Jane's” qeyd edir ki, Tehranın planları xaricdən qırıcıların alınmasına maneə olan iqtisadi embarqolarla bağlıdır.

Məlumata görə, İran Hərbi Hava Qüvvələrinin silahlanmasına 25 ədəd “F-5E/Saeqeh” və “21 F-5B/F” qırıcısı daxildir. Yaxın gələcəkdə onlar “Saeqeh-2” ilə əvəz oluna bilər. “Jane's” İran ordusunda 17 ədəd “F-5F2” qırıcısının olduğunu bildirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm