Putin Sisiyə “Kalaşnikov” avtomatı hədiyyə etdi - FOTO
Bizi izləyin

Dünya

Putin Sisiyə “Kalaşnikov” avtomatı hədiyyə etdi - FOTO

Misirdə ikigünlük səfərdə olan Rusiya dövlət başçısı Vladimir Putin misirli həmkarına hədiyyə verməyi unutmayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Putin Əbdülfəttah Əl-Sisiyə “Kalaşnikov” markalı avtomat silah hədiyyə edib.

Ekspertlər Putinin misirli həmkarına verdiyi hədiyyənin Misir ilə Rusiya arasında imzalanması nəzərdə tutulan silah razılaşması öncəsi xüsusi anlam daşıdığını düşünür. Məlumata görə, iki ölkə arasında 3 milyard dollarlıq silah razılaşması imzalanacaq. Qahirənin həmin pulu isə Birləşmiş Ərəb Əmirliklərindən alacağı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm