• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Separatçılardan daha bir vəhşilik: 3 ölü, 15 yaralı – VİDEO/FOTOLAR

  • Dünya
  • 10 Fevral 2015 16:41
  • 668 Baxış
Separatçılardan daha bir vəhşilik: 3 ölü, 15 yaralı – VİDEO/FOTOLAR

Separatçılar “Tornado” reaktiv yaylım atəş sistemlərindən Ukrayna anti-terror güclərinin Kramatorskdakı qərargahını və yaşayış binalarını atəşə tutub.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Donetsk daxili işlər idarəsinin regional rəhbəri Vyaçeslav Abroskin “Facebook” səhifəsində yazıb.

“Mərmilər düşən ərazilər aerodrom və yaxınlıqdakı küçələrdir. İnformasiya dəqiqləşdirilir”, - o qeyd edib.

Eyni zamanda sosial şəbəkələrdə Kramatorsk sakinləri arasında həlak olanlar və yaralıların olduğu barədə informasiyalar var. Bir çox mərmilər partlamayıb. Mərmilər hətta çoxmərtəbəli binaların eyvanında ilişib qalıb.

“İlkin məlumatlara görə, atəş Qorlovka rayonunda yerləşdirillən “Tornado” sistemlərindən açılıb. Mərmilər aerodrom, həmçinin Kramatorsk şəhərinin ətrafındakı özəl obyektlərə düşüb. Qeyd edək ki, “Tornado” döyüş sursatları Rusiya Federasiyasının ordusunun silahlanmasına daxildir. Dağıntılar və itkinin miqyası dəqiqləşdirilir”, - Vyaçeslav Abroskin bildirib.

Eyni zamanda Ukrayna prezidenti Pyotr Poroşenko parlamentdə çıxışı zamanı zərbələrin “Tornado” reaktiv atəş sistemləri ilə endirildiyini deyib. Poroşenko Kramatorskda çoxsaylı yaralıların olduğunu qeyd edib. Onların arasında həm hərbçilər, həm də mülki şəxslər var. Dövlət başçısı ilk zərbənin anti-terror qərargahına, sonra isə yaşayış binalarına endirildiyini əlavə edib.

Ən son məlumatlara görə, atəş nəticəsində 3 dinc sakin ölüb, 15 nəfər yaralanıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR