Ukraynalı pilotun həbs müddəti uzadılıb
Bizi izləyin

Dünya

Ukraynalı pilotun həbs müddəti uzadılıb

Moskva şəhərinin Basman rayon məhkəməsi ukraynalı pilot Nadejda Savçenkonun həbs müddətinin daha 3 ay uzadılması barədə qərar verib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə pilotun vəkilləri Nikolay Polozov və Mark Feyqin “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, N.Savçenko iyun ayının ortalarından Ukraynanın şərqində terrorçular tərəfindən tutulub. Sonra isə məlum olub ki, pilot Rusiyada həbsdədir. Rusiya istintaqçıları bildirir ki, “Aydar” batalyonunun tərkibində olan Savçenko Rusiyadan Ukraynanın şərqinə gedən jurnalistlərin yerini müəyyən edərək koordinatların “silahlı qruplaşmaya” ötürülməsinə şərait yaradıb.

Yada salaq ki, Rusiya jurnalistlər Anton Voloşinlə Vladimir Kelyan iyunda Luqanskda odlu silahdan açılan atəş nəticəsində həlak olub. Hadisənin şahidi olan “Forbes” jurnalının Rusiya təmsilçisi Orxan Camal isə bildirib ki, jurnalistlər separatçıların açdığı atəşin qurbanı olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm