Obama Putinə xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Obama Putinə xəbərdarlıq etdi

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Məlumata görə, ABŞ prezidenti Ukrayna ilə bağlı təcavüzkar hərəkətlərə davam etdirən Moskvaya xəbərdarlıq edib. Qeyd edilir ki, Obama Minsk razılaşmalarının yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.

Ukraynanın ərazi bütövlüyü ABŞ-ın tərəfdar olduğunu deyən Barak Obama Putini Rusiya, Fransa, Almaniya və Ukrayna arasında keçiriləcək danışıqlarda yaranmış imkandan istifadə etməyə çağırıb.

Xatırladaq ki, sabah Minskdə Rusiya, Ukrayna, Almaniya və Fransanın liderlərinin görüşü keçiriləcək. Görüşdə Donbas hövzəsində döyüş əməliyyatları zonasında silahsızlaşdırılmış zonanın yaradılması müzakirə ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm