Ekspert: “Putinin arzular siyahısı genişdir, əgər...”
Bizi izləyin

Dünya

Ekspert: “Putinin arzular siyahısı genişdir, əgər...”

“Donetsk vilayətinin Kramatorsk şəhərinin atəşə tutulması Minskdə sülh danışıqları ərəfəsində Rusiya rəhbərliyinin əlavə kozırlar əldə etmək cəhdidir”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Təhlükəsizlik Mərkəzinin əməkdaşı Aleksey Melnik bildirib.

Ekspertin fikrincə, söhbət Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından söhbət getmir: “Fikrimcə, çətin ki, genişmiqyaslı müharibənin başlanması haqqında danışmaq olar. Amma istisna olunmur ki, Minsk razılaşmaları müvəffəqiyyətsizliyə uğrayarsa və Putin hədəflərə nail olmazsa, o halda onun əlində yeganə effektiv alət qalacaq: yeni güclərin tətbiqi. Anlamaq lazımdır ki, Putinin arzular siyahısı sonsuzdur. Əgər biz qəbuledilməz şərtlərlə razılaşsaq, bu o deməkdir ki, tələblərin növbəti siyahısı daha çox qəbuledilməz olacaq”.

Beləliklə, ekspert əmindir ki, Putini dayandırmasalar, o dayanmayacaq: “İstənilən siyasi və diplomatik alətlər nəticə verməyəcək. Güc alətlərinin bütün dəsti olmalıdır. Və əlbəttə ki, ən əsası bizim müdafiəni saxlamaq bacarığımız olmalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm