• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ukraynada Rusiya “tornado”su - FOTO, VİDEOLAR

  • Dünya
  • 11 Fevral 2015 08:05
  • 1 452 Baxış
Ukraynada Rusiya “tornado”su - FOTO, VİDEOLAR

Kramatorskda yerləşən Ukrayna xüsusi əməliyyatlar qərargahı Donbasda reaktiv yaylım atəşinə məruz qalıb. Nəticədə azı yeddi nəfər həlak olub, 16 nəfər xəsarət alıb.

Publika.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bəyanat verib. Prezidentini sözlərin görə, bundan başqa da aerodromda 10 Ukrayna hərbi qulluqçusu yaralanıb.

“Zərbə qərargaha endirilib , lakin ikinci yaylım atəşi Kramatorskun yaşayış məhəlləsinə tuş gəlib”, - Poroşenko Radadada çıxış edərkən deyib.

Vilayət administrasiyasının nümayəndəsi Yelena Malyutina BBC Ukrayna xidmətinə atəş kəsilsə də, Kramatorskda vəziyyətin gərgin olaraq qaldığını deyib. Onun sözlərinı görə, raketlər yaşayış sektoruna dəyib və şəhər icraiyyə komitəsi yaxınlığında düşüb. Şahidlər Kramatorsk mərkəzində Mədəniyyət sarayının da raket atəşinə məruz qaldığını söyləyirlər.

Qorlovka “tornadosu”

Daha əvvəl Antiterror əməliyyatı (ATO) mətbuat mərkəzindən БМ-21 “Qrad” reaktiv yaylım atəş sistemindən Kramatorsk aeroportunun atəşə tutulduğu bildirilmişdi. ATO-nun Facebook səhifəsində qeyd olunduğuna görə, “ilkin məlumatlara əsasən, atəş “Tornado” mərmiləri ilə Qoplovka yaşayış məntəqəsindən açılıb”.

Qorlovkaya rusiyapərəst separatçılar nəzarət edir. Hələlik vəziyyətlə bağlı onlar heç bir şərh verməyiblər. Amma “Tornado” tipli döyüş sursatına Rusiya Federasiyası Silahlı Qüvvələri malikdir.

Mariupol yaxınlığında hücum

Çərşənbə axşamı səhər “Azov” Ukrayna batalyonunun Mariupol yaxınlığında separatçıların mövqelərinə hücuma keçdiyi barədə məlumatlar alınıb.

“Azov”un Facebook səhifəsində hər iki tərəfdən müxtəlif çaplı silahdan istifadə olunduğu və “düşmən tərəfindən” zirehli texnikanın işə salındığı qeyd olunmuşdu.

“Azov”un mətbuat xidməti separatçıların bir neçə kənddən sıxışdırılıb çıxarıldığı və batalyon döyüşçülərinin Novoazovsk istiqamətində irəlilədiyini bildirir.

Debaltsevo mühasirədədir?

Eyni zamanda, daxil olan məlumatlara görə, Ukrayna hərbçiləri Donetsk və Luhansk vilayətləri sərhədindəki mühüm dəmiryol qovşağı olan Debaltsevo şəhəri bölgəsində çox mürəkkəb vəziyyətlə üzləşiblər.

ATO mərkəzindən yayılan məlumata görə, çərşənbə axşamına keçən gecə Debaltsevo separatçılar tərəfindən şiddətli atəşə tutulub.

“Lakin bun baxmayaraq, Ukrayna hərbçiləri mərdcəsinə mövqeləri müdafiə edir və tərk etmək niyyətində deyillər”, - məlumatda deyilir.

Bununla belə tanınmamış “Donetsk xalq respublikası”nın nümayəndəsi Eduard Basurin yenə “Debaltsevonun muhasirədə” olmasını – bu bölgədə çoxminlik Ukrayna hərbi qruplaşmasının bütövlüklə dövrəyə alındığını – bəyan edib.

Basurinin sözlərinə görə, çərşənbə axşamı səhəri separatçılar Ukrayna hərbçilərini Debaltsevo-Artemivsk yolunda yerləşən Loqvinovodan sıxışdırıb çıxardıblar. “Bu, Debaltsevoda mühasirəyə alınmış Ukrayna hərbçilərinin silah və sursatla təchiz edilməsini qeyri-mümkün edir”, - o deyib.

Ukrayna Müdafiə Nazirliyindən isə deyiblər ki, Debaltsevo-Artemivsk yolu “Ukrayna hərbçilərinin qüvvəsi ilə mühasirədən çıxarılıb”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR