Rusiyaya daha bir dəhşətli zərbə: Moskva ballistik raketlərə nəzarəti itirdi
Bizi izləyin

Dünya

Rusiyaya daha bir dəhşətli zərbə: Moskva ballistik raketlərə nəzarəti itirdi

Rusiya ballistik raketlərin buraxılmasının əvvəlcədən xəbərdar edilməsi kosmik sistemindən məhrum olub. Buna “Oko-1” sisteminin son iki peykinin yanvar ayında sıradan çıxması səbəb olub.

Publika.az-ın məlumatına görə, Rusiya kosmik mövqelərini geri qaytarmaq üçün “Oka”ları əvəz edəcək “Tundra” Vahid Kosmik Sistemini işə salmağı planlaşdırır. Amma bu sistemin ilk peykinin kosmosa buraxılması ən yaxşı halda 2015-ci ilin iyununda baş tutacaq. O da start uğurlu olsa.

“Oko-1” raket hücumu xəbərdarlığı sisteminin bir hissəsi olub. Onun tərkibinə geostasionar və yüksək elliptik orbitdə 6 peyk daxil idi. Sonuncu geostasionar aparat 2014-cü ilin aprelində sıradan çıxıb. Sonuncu iki peyk isə sutkada cəmi bir neçə saat işləyərək nəzərdə tutulan istismar müddətindən də çox fəaliyyətdə olub.

“Tundra” sistemini hələ 2013-cü ildə orbitə göndərmək nəzərdə tutulurmuş. Amma sistemin buraxılışı bir neçə dəfə təxirə salınıb. Əsas səbəb isə aparatın texniki cəhətdən hazır olmaması göstərilib.

Ekspertlər Rusiyanın yaşadığı hazırkı çətin iqtisadi durum vəziyyətində Moskvanın kosmik orbitə qayıtmasının çətin olduğunu bildirirlər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm