Ukrayna artilleriyasından əks-zərbə: separatçılar geri çəkildi
Bizi izləyin

Dünya

Ukrayna artilleriyasından əks-zərbə: separatçılar geri çəkildi

Ukrayna ordusu “Debaltsevo xaçı” adlanan dörd yolayrıcına qədər irəliləyib. Separatçılar aralıq mövqelərinə qədər geriləyib. Ukrayna ordusu son bir gün ərzində gedən döyüşlərdə separatçılara ağır zərbə vurub. Ukrayna anti-terror qərargahı rəqibin 87 terrorçusu və hərbi texnikanın 42 vahidinin məhv edildiyini bildirib.

Publika.az “censor.net.ua” saytına istinadən xəbər verir ki, bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukrayna Ali Radasının deputatı Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna artilleriyasının güclü atəşindən sonra Rusiya terror qoşunları mövqelərini geri çəkməyə məcbur olub.

“Ukrayna qoşunlarının mühasirədən çıxaran qrup “Debalsevso xaçı” adlanan yolayrıcına qədər irəliləyib. Bununla belə, rəqib hazırda Debaltsevo-Artemovsk yolundan keçən nəqliyyata atəş açmaq və diversiya-kəşfiyyat qruplarının köməyi ilə hücum etmək imkanlarına malikdir”, - Tımçuk bildirib.

Dmitri Tımçukun məlumatına görə, separatçıların yeni hərbi birləşmələri Alçevsk və Krasnıy Luç vasitəsilə Debaltsevo istiqamətinə hərəkət edir. Hərbi ekspert hərbi texnikanın 22 vahidinin (10 tank, 8 BBM və 4 xüsusi avtomobil) Debaltsevo ətrafına gətirildiyini yazıb.

“İnformasiya müqaviməti” qrupunun koordinatoru həmçinin qeyd edib ki, Debaltsevoya Krasnıy Luç tərəfdən Rusiya-terror qoşunlarının taktik qrupu hərəkət edib: “Qrupun tərkibində 220-250 hərbçi, həmçinin 6 tank, 11 üstüörtülü yük maşını və 4 zirehli texnika var. Bundan başqa, qrupun silah arsenalında minaatan batareyanın bir zenit-raket kompleksi var”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm