Bidzina İvanişvili debata çağırıldı: “Əgər mənliyi varsa...”
Bizi izləyin

Dünya

Bidzina İvanişvili debata çağırıldı: “Əgər mənliyi varsa...”

Gürcüstanın sabiq müdafiə naziri, "Bizim Gürcüstanımız – Azad demokratlar” Partiyasının sədri İrakli Alasaniya keçmiş baş nazir Bidzina İvanişvili ilə münasibətlərini canlı efirdə müəyyənləşdirmək qərarına gəlib.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Alasaniya İvanişvilini debata çağırıb.

“Mən Bidzina İvanişvilini debata çağırıram və onunla istənilən efirdə üz-üzə gəlməyə hazıram. O, tələsik çıxış edərək yalan bəyanatlar verdi və bildirdi ki, “Deltakom” Daxili İşlər Nazirliyinə pulsuz xidmət göstərib. Amma “Deltakom”un özü etiraf edib ki, Daxili İşlər Nazirliyindən böyük məbləğdə pul alıb. Ona demək istəyirəm ki, əgər arqumentləri və mənliyi varsa, birbaşa yayımda mənim qarşımda oturaraq məsələyə aydınlıq gətirsin”, - Alasaniya bildirib.

Sabiq nazirin sözlərinə görə, hazırda həbsdə olan Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli məmurları məhz Bidzina İvanişvilinin şəxsi girovudur.

Xatırladaq ki, Gürcüstanın baş naziri noyabrın 4-də müdafiə naziri İ.Alasaniyanı istefaya göndərib. Onun ardınca xarici işlər naziri Maya Pancikidze və avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvili istefa verib. Əlavə edək ki, hər üç sabiq nazir "Bizim Gürcüstanımız – Azad demokratlar” Partiyasını təmsil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm