Putin Minskə yola düşdü – DÖRDLÜK GÖRÜŞÜ
Bizi izləyin

Dünya

Putin Minskə yola düşdü – DÖRDLÜK GÖRÜŞÜ

Rusiya prezidenti Vladimir Putin “Normandiya formatı” çərçivəsində Minskdə keçiriləcək toplantıda iştirak edəcək.

Publika.az “İnterfaks” agentliyinə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Rusiya prezidenti artıq Minskə yola düşüb. Ukraynanın şərqindəki münaqişənin həlli üzrə keçiriləcək görüşdə Fransa prezidenti Fransua Olland, Ukrayna prezidenti Pyotr Poroşenko və Almaniya kansleri Angela Merkel iştirak edəcək.

Qeyd edək ki, Vladimir Putinin “Normandiya formatı”nın Minsk toplantısında iştirak edib-etməyəcəyi son ana qədər dəqiq deyildi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm