• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ruslar Ukrayna prezidentini ağlatdı – VİDEO

  • Dünya
  • 11 Fevral 2015 17:38
  • 1 547 Baxış
Ruslar Ukrayna prezidentini ağlatdı – VİDEO

Ukrayna prezidenti Pyotr Poroşenko Nazirlər Kabinetinin iclasında separatçıların Kramatorsk şəhərinə atəşindən danışarkən kövrəlib və emosiyalarını güclə saxlayıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, dövlət başçısı separatçıların hərəkətini böyük cinayət adlandırıb.

“Normal insan üçün buna dözmək mümkün deyil”, - dövlət başçısı deyib.

Qeyd edək ki, separatçılar dünən Donetsk vilayətinin Kramatorsk şəhərindəki anti-terror qərargahı və yaşayış binalarını atəşə tutub. Hadisə nəticəsində hərbçilər və mülki vətəndaşlar olmaqla 16 nəfər həlak olub.

Anti-terror əməliyyatları qərargahı separatçıların Qorlovka şəhərində yerləşən dörd ədəd “Smerç” reaktiv yaylım atəş sistemindən istifadə etdiklərini bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR