Separatçılar təslim olur: Putin çıxış yolu tapmadı
Bizi izləyin

Dünya

Separatçılar təslim olur: Putin çıxış yolu tapmadı

Ukrayna mətbuatı Donetsk və Luqansk “xalq respublikaları”nın Minsk danışıqları üçün təkliflərini dərc edib.

Publika.az xəbər verir ki, separatçı rejimlərin nümayəndələri fevralın 12-dən atəşin dayandırılması, anti-terror əməliyyatlarının başa çatdırılması, Donetsk və Luqansk vilayətlərinə muxtariyyətin verilməsi və yerli seçkilərin keçirilməsini təklif edirlər.

Xatırladaq ki, separatçıların liderləri əvvəlki bəyanatlarında “xalq respublikaları”nın Ukraynanın tərkibinə qayıtmasının heç bir halda müzakirə mövzusu olmayacağını bildirmişdilər.

Sənəd ümumilikdə 15 bənddən ibarətdir. Separatçılar həmçinin ağır silahların (100 və daha yuxarı kalibrli silahlar) cəbhə xəttindən çəkilməsini təklif edirlər. Ağır silahların cəbhə xəttindən çəkilməsi prosesinə atəşkəsin dayandırılmasından sonra ən geci iki gün müddətində başlanılmalıdır. Prosesə ATƏT-in hərbi ekspertləri nəzarət etməlidir.

Qeyd edək ki, bu gün Ukrayna, Rusiya, Fransa və Almaniya liderləri Minskdə Donbas münaqişəsinin həlli yollarını müzakirə etmək üçün görüşəcək. Görüşdə konkret olaraq Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın birgə təklif etdiyi sülh planı müzakirə olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm