Rusiya Donbasın gələcəyini necə görür: üç ssenari - TƏHLİL
Bizi izləyin

Dünya

Rusiya Donbasın gələcəyini necə görür: üç ssenari - TƏHLİL

Bu gün dünyanın gözü Minskə yönəlib. Rusiya, Ukrayna, Almaniya və Fransanın daxil olduğu “Normandiya dördlüyü” Donbas münaqişəsi üçün bəlkə də son sözü deməlidir. Belə ki, Almaniya kansleri Angela Merkel Minsk toplantısını münaqişənin sülh yolu ilə həlli yolunda son şans adlandırıb.

Görüş öncəsi isə Qərbdən Kremlin ünvanına hədələyici bəyanatlar səsləndirilir. Qeyri-rəsmi də olsa səsləndirilən iddialara görə, Merkel Moskvada olarkən xəbərdarlıq edib ki, Fransa və Almaniyanın birgə təklif etdiyi sülh planı qəbul edilməsə, ABŞ-ın Ukraynanın silahlandırmasına qarşı çıxa bilməyəcək. Kansler Moskvadan sonra Vaşinqtona getdi və ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirilən bəyanatlar da məhz Kremlə hədə tonunda idi: Ukraynadan çıxmasan, bu ölkəyə silahla yardım ediləcək.

Bəs, Rusiyanın özü Donbas hövzəsindəki münaqişənin gələcəyini necə görür?

Publika.az xəbər verir ki, Ukraynanın “segodnya.ua” saytında gedən bir yazıda məhz bu suala cavab axtarılır.

Yazıda suala cavab olaraq üç ssenaridən danışılır. Amma Kremlin həyata keçirmək istədiyi bütün ssenarilənin təməl hədəfi Donbas hövzəsi vasitəsilə Ukraynanı siyasi təsiri altında saxlamaqdır.

Ekspertlər hesab edir ki, Rusiya Donbas hövzəsində Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Çeçenistan Respublikası ərazilərində aparılan hibrid müharibələri təcrübəsindən istifadə edilir. Bir neçə dəfə Qərb KİV-lərində nüfuzlu diplomatlara istinadən Vladimir Putinin münaqişənin həlli ilə bağlı təklifləri haqqında informasiyalar çıxıb. Krımdan fərqli olaraq, Rusiya Donbas hövzəsini pulla təmin edə bilməyəcək: sanksiyalardan əzab çəkən iqtisadiyyat, neft qiymətlərinin kəskin düşməsi, rublun çox sürətlə devalvasiyası və sair. Rusiya sadəcə olaraq bunlara dözməyəcək.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiyanın Donbas hövzəsi üçün irəli sürdüyü ssenarilərin heç birini yaxına buraxmayacaq: “Qərb bizi dəstəkləyir. Əgər bu gün Minskdə Putin güzəştə getməsə, Rusiya SWIFT beynəlxalq bank sistemindən kənarlaşdırılacaq. ABŞ isə Ukraynaya ölümcül silahı satmağa ciddi olaraq hazırlaşır”.

“Segodnya.ua” yazır ki, Putin Donbas hövzəsi üçün fikirləşdiyi ssenarilərdən heç birini reallaşdırmağı bacarmayacaq. Putinin ssenariləri isə aşağıdakılardır:

Variant 1: Rusiya Donbas hövzəsində Gürcüstan yolu ilə gedir

Gürcüstana nəzarət etmək istəyən Kreml 1990-cı illərin əvvəllərində Abxaziyada, 2000-ci illərdə Cənubi Osetiyada separatizm əhval-ruhiyyələri qızışdırmağa başladı. Gürcüstan Ukrayna kimi öz əraziləri üçün mübarizə aparırdı. Amma Rusiyanın nizami qoşununa uduzdu. 2008-ci ildə sürətli müharibədən sonra Abxaziya və Cənubi Osetiya “qismən tanınmış respublikalar”a çevrildi. Putinin gürcü ssenarisi haqqında Donetsk və Luqansk vilayətlərində 2014-cü il mayın 11-də keçirilən “referendum”dan sonra danışılmağa başlanıldı. “DXR” və “LXR” başçıları bildirdilər ki, əhalinin 90 faizindən çoxu regionun müstəqilliyinə səs verdi. Mayın sonunda isə separat rejimlər birtərəfli qaydada Rusiyaya qoşulmaq arzusunu ifadə etdilər. Amma Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Kreml “respublikalar” xahişlərinə əhəmiyyət vermədi.

Ekspertlərin sözlərinə görə, Donbas hövzəsində gürcü ssenarisini reallaşdırmaq istəyi buranın iqtisadi dəyərinə görə mümkün olmayacaq. Donbas hövzəsində böyük istehsal gücləri, metallurgiya, kimya zavodları və kömür şaxtaları yerləşir.

Variant 2: Münaqişənin dondurulması və ya Dnestryanı

Daha sonra şayiələr çıxdı ki, Kremlin planlarında Donbasda ikinci Dnestryanının yaradılması var. Rusiya Dnestraynı ərazidə yerli separatçıları dəstəkləyir. Xatırladaq ki, Kişinyovun moldovan dilini yeganə dövlət dili etmək cəhdi münaqişənin səbəbi oldu. Kişinyovun qərarına Dnestryanı ərazinin rusdilli sakinləri qarşı çıxdılar. Amma Donbas hövzəsindən fərqli olaraq, orada Rusiyaya maskalanmaq lazım olmadı. Dnestryanı ərazidə SSRİ dövründə 14-cü qvardiya ordusu yerləşirdi. İttifaqın dağılmasından sonra da bu qüvvələr orada qaldı. Münaqişə dondurulub və Rusiya Tiraspola indiyə kimi dotasiya verir. Dnestryanı ərazidə Donbas nümunəsi üzrə artıq 7 dəfə referendum keçirilib. Sonuncu referendum 2006-cı ildə keçirilib və əhalinin 97 faizi Rusiyanın tərkibinə daxil olmaq arzusunu ifadə edib. Amma Kreml “respublika”nı qəbul etməyib.

Bir tərəfdən Donbas hövzəsində Dnestryanı ssenarisi Krem üçün əlverişlidir. Rusiya dondurulmuş münaqişənin köməyi ilə istənilən vaxt vəziyyəti gərginləşdirəcək və Ukraynanı əlində saxlayacaq. Digər tərəfdən, Dnestryanı ərazinin iqtisadiyyatı müharibədən sonra Rusiya inhisarçılarının mülkiyyətinə keçib, amma bu Donbasda mümkün olmayacaq. Donetsk vilayətinin sabiq qubernator Sergey Tarutanın sözlərinə görə, şaxtalar və zavodların çoxu dağıdılıb, camaatın işi yoxdur: “Onların başqa çıxış yolu yoxdur. Onlar vuruşmağa davam edəcəklər”.

Variant 3: İkinci Çeçenistan Respublikası: Kiyevin puluna muxtariyyət

Dnestryanı ssenarisi ilə yanaşı ötən ilin payızından Çeçenistan ssenarisi haqqında danışmağa başladılar. Putin Avstraliyanın Brisben şəhərində keçirilən “G20” sammitində Angela Merkellə görüşündə münaqişənin həlli üzrə öz arzusunu ifadə etdi. Putin bildirdi ki, Rusiya Çeçenistanla razılaşdığı kimi Kiyev də döyüşçülərlə razılaşmalıdır.

Çeçenistan Respublikası SSRİ-nin dağılmasından sonra müstəqillik üçün mübarizə aparıb. Rusiya bununla razılaşa bilməzdi. Çünki Çeçenistandan sonra federasiyanın digər subyektləri də müstəqillik istəyərdi. İkinci müharibə yalnız 2000-ci ildə başa çatdı. Kreml “muxtariyyət və pul” təklif edərək Əhməd Kadırovla razılaşdı. Hazırda Donbas hövzəsi üçün təhrif edilmiş çeçen ssenarisini təklif edir. Amma Ukrayna və Qərb liderləri Rusiya prezidentinin təklifini rədd edib. Bildirildi ki, Putin ilk olaraq Donbas hövzəsindən öz qoşunu və muzdlularını çıxarmalı, həmçinin sərhədi bağlamalıdır. Yalnız bundan sonra ərazilərin Ukraynanın siyasi-hüquqi nəzarətinə qayıdışı başlanacaq, sonrakı mərhələdə isə yerli seçkilər keçiriləcək. Dağıdılmış infrastrukturun bərpa edilməsini isə Qərb üzərinə götürməyə hazırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm