"Rusiyaya qarşı sanksiyaları amansızlaşdırmaq lazımdır"
Bizi izləyin

Dünya

"Rusiyaya qarşı sanksiyaları amansızlaşdırmaq lazımdır"

“Maliyyə bazarları güclü alətdir. Rusiyaya qarşı sanksiyaları amansızlaşdırmaq lazımdır”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşrində ABŞ maliyyə nazirinin müavini Oltman Roceri yazıb.

“Moskvanı geri çəkilməyə məcbur etmək mümkündür. Maliyyə bazarları hazırda ən güclü təsir alətidir. İstənilən silah və ordudan daha güclüdür. Maliyyə bazarlarının köməyilə diplomatiya və ordunun nail ola bilmədiyi hədəflərə çatmaq mümkündür”, - o, qeyd edib.

Bununla belə, amerikalı məmur vurğulayıb ki, Rusiya Şimali Koreya deyil və dünya maliyyə bazarlarının tamhüquqlu iştirakçısıdır.

“İstənilən böyük ölkənin valyuta və ya bank kollapsı mümkündür. Buna görə də ABŞ və Avropa Birliyi gələcəkdə Rusiyaya qarşı sanksiyaları amansızlaşdırmalıdır. Xüsusi olaraq Rusiyanın SWIFT sistemindən kənarlaşdırılması metodundan söhbət gedir. Əgər bu baş verərsə, Putin təcavüzə davam edə bilməyəcək”, - yazıda qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm