Obama Konqresdən icazə istədi
Bizi izləyin

Dünya

Obama Konqresdən icazə istədi

ABŞ prezidenti Barak Obama Konqresə məktub yazıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, prezidenti Obama “İslam dövləti”nə (İŞİD) qarşı hərbi gücdən istifadə olunması üçün Konqresdən icazə istəyib.

Məktubda qeyd edilir ki, İŞİD-ə qarşı əməliyyatların həyata keçirilməsi üç il müddətə məhdudlaşdırılıb, amma uzunsürən quru əməliyyatlarda Amerika hərbçilərinin iştirakı qadağan edilir.

İnformasiya agentliyinin məlumatına görə, Konqresdə sənədlə bağlı ciddi müzakirələr gözlənilir. Demokratların çox hissəsi Yaxın Şərqdə yeni müharibə perspektivlərinə ehtiyatla yanaşır, amma respublikaçıların çoxu İŞİD-lə mübarizənin gücləndirilməsi dəstəkləyirlər.

Qeyd edək ki, İŞİD-ə qarşı beynəlxalq koalisiyaya başçılıq edən ABŞ 2014-cü ilin avqustunda İraqda, sentyabrda isə Suriyada hava əməliyyatlarına başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm