Ermənilər meyitləri gizlədir
Bizi izləyin

Dünya

Ermənilər meyitləri gizlədir

Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində verdiyi itkiləri gizlətməyə çalışır.

ANS PRESS-in məlumatına görə, Azərbaycan hərbçiləri tərəfindən Qarabağda məhv edilən erməni kəşfiyyat-təxribat qrupunun zabiti Tiqran Simonyanın valideynləri oğlunun ölümü haqda mətbuatdan xəbər tutub.

Bu barədə Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisi bəyanat yayıb.

Bildirilir ki, Ermənistan MN Tiqran Simonyanın ölümünü ailəsindən gizlətməyə çalışıb. Valideynlərin sözlərinə görə, Simonyan İrəvanda Vazgen Sarqisyan adına hərbi institutu bitirib.

Qeyd edək ki, məhv edilən zabit Tiqran Simonyan Ermənistan ordusunun baş leytenantıdır.

Cəbhə xəttində məhv edilən erməni hərbçilər barədə ətraflı məlumat aşağıdakı linklərdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm