Minskdə ilk qalmaqal: Poroşenkoya qışqıran rus jurnalist qovuldu
Bizi izləyin

Dünya

Minskdə ilk qalmaqal: Poroşenkoya qışqıran rus jurnalist qovuldu

Ukrayna böhranının həlli üzrə bu gün Minskdə keçirilən görüş öncəsi qalmaqal yaranıb.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Ukrayna prezidenti Pyotr Poroşenkonun Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən Müstəqillik Sarayında qarşılandığı zaman baş verib.

“Rusiya” telekanalının jurnalisti Pavla Zurabina Pyotr Poroşenkonun Müstəqillik Sarayına daxil olduğu vaxt “Sizin qoşunlarınız niyə Donbas hövzəsinin dinc əhalisini bombalayır?” deyərək qışqırıb.

Ukrayna lideri jurnalistə reaksiya verməyib və Lukaşenko ilə birlikdə danışıqların keçirililəcəyi otağa doğru hərəkət edib. Rusiyalı jurnalist isə dərhal binadan çıxarılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm