Separatçıların liderləri Minskə gözlənilməz səfər etdilər
Bizi izləyin

Dünya

Separatçıların liderləri Minskə gözlənilməz səfər etdilər

“Donetsk Xalq Respublikası”nın “dövlət başçısı” Aleksandr Zaxarçenko və onun “Luqansk Xalq Respublikası”ndan olan həmkarı İqor Plotnitski Minskə gəlib.

Publika.az xəbər verir ki, bu barədə DPA informasiya agentliyi bildirib.

Separatçı liderlərin gözlənilməz səfəri haqqında Donetsk döyüşçülərinin nümayəndəsi Andrey Purqin bildirib. Onun sözlərinə görə, sammit müvəffəqiyyətli olacağı halda Aleksandr Zaxarçenko və İqor Plotnitski son sənədi imzalamağa hazırdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm