“Qadın sürücülər zorlana bilər” – FOTOLAR
Bizi izləyin

Dünya

“Qadın sürücülər zorlana bilər” – FOTOLAR

Səudiyyə Ərəbistanı tarixçisi qadınların maşın sürməsinə ictimai rəyin mənfi münasibətini özünəməxsus şəkildə izah edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Saudi Rotana Kaliyiyya” televiziyasına müsahibə verən tarixçi Saleh əl-Sadon deyib ki, avtomobil idarə edən qadının maşını yarı yolda xarab olub dayanarsa, o, zorlana bilər.

O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanından fərqli olaraq, qadınların avtomobil sürməyə icazə verildiyi digər ölkələrdə qadınlar zorlanma ehtimalına “dırnaq arası” baxırlar.

Tarixçi söyləyib: “Xaricdə yaşayan qadınların yolda zorlanma ehtimalı veclərinə də deyil”.

Sadon deyib ki, özü avtomobil sürməyən qadınlara “kraliça kimi hörmət edir”.

Onun verdiyi açıqlama aparıcı qadını da şoka salıb. Tarixçi deyib: “Bunun bir çıxışı var. Çıxış yolu isə odur ki, arvadlarımızı sürmək xarici qadınlara həvalə olunsun”. Aparıcı təəccüblənərək ondan soruşub: “Xarici qadın sürücülər? Siz ciddi deyirsiniz?”. Sadon deyib: “Bəli, kişilər xarici qadın sürücülərlə əvəzlənməlidir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında maşın sürən qadını şallaq cəzası gözləyir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm