“İran ona görə danışıqlar masasına oturub ki...”
Bizi izləyin

Dünya

“İran ona görə danışıqlar masasına oturub ki...”

İran İslam Respublikasının prezidenti Həsən Ruhanı islam inqilabının 36-cı ildönümü ilə bağlı keçirilən tədbirdəki çıxışında növbəti dəfə Qərbə mesaj göndərib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı Qərbin təzyiqlərindən qorxmadığını ifadə edib.

“İranın təzyiq və sanksiyalar nəticəsində müzakirələr masasına oturduğunu söyləyənlər yalan danışır. Biz heç bir təzyiq və sanksiyalardan qorxmuruq. İran bölgədə və dünyada sülhü və sabitliyin təmin edilməsi üçün danışıqlar masasındadır”, - İran prezidenti söyləyib.

Həsən Ruhani əlavə edib ki, Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi, bunun üçün isə terrorizmin məhv edilməsi İranla əməkdaşlıqdan keçir: “İraq, Suriya, Livan və Yəməndə terrorçu qruplara qarşı bu ölkələrin xalqlarına kömək edən güc İran İslam Respublikasıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm