Husilər ABŞ səfirliyinin avtomobillərini ələ keçirib
Bizi izləyin

Dünya

Husilər ABŞ səfirliyinin avtomobillərini ələ keçirib

Yəməndə Husi üsyançılar Amerika diplomatlarının ABŞ səfirliyinin bağlanması ilə əlaqədar ölkəni tərk etməsindən sonra səfirliyinin avtomobillərini müsadirə ediblər.

Publika.az-ın məlumatına görə, CNN avtomobillərin Səna hava limanından aparıldığı haqda xəbər yayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar, Britaniya və Fransa təhlükəsizlik səbəblərinə görə Yəməndə səfirliklərini bağlayıb. ABŞ Dövlət Departamenti bildirib ki, səfirliyin işçiləri Yəmən paytaxtı Sənanın xaricinə köçürülüb. Britaniya səfirlik işçilərini ölkədən çıxarıldığını, Fransa isə diplomatik missiyasının cümə günü bağlanacağını bildirib.

ABŞ, Britaniya və Fransa öz vətəndaşlarına Yəmənə səfər etməməyi, hazırda ölkədə olanlara isə ölkəni tərk etməyi tövsiyə edib.

Yəmən aylardır siyasi qarışıqlıq içərisindədir. Keçən ay Husi şiə üsyançılar prezident iqamətgahını ələ keçirərək, prezidenti və kabinetini istefaya çağırıb. Üsyançılar keçən cümə günü ölkənin nəzarəti tam ələ adıqlarını bildirərək, parlamenti ləğv etdiklərini və ölkəni idarə etmək üçün yeni prezident şurası yaratdıqlarını elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm