Avstraliyada terror aktının qarşısı alınıb
Bizi izləyin

Dünya

Avstraliyada terror aktının qarşısı alınıb

Avstraliyada polis İslam Dövləti qrupuna aid bayraq tutan və bıçaqla silahlanmış iki şəxsi həbs edib.

Publika.az-ın məlumatına görə, Ömər Əl-Kutobi və Məhəmməd Kiad Sidney yaxınlığında reyd zamanı həbs edilərək, terror hücumu planlaşdırmaqda təqsirli biliniblər.

Yeni Cənubi Uels şəhərinin baş polis idarəsinin rəis müavini Ketrin Bern müxbirlərə deyib ki, rəsmilər 24 və 25 yaşında olan bu iki şəxsin hücum həyata keçirməyi planlaşdırdığına inanır.

Polis reyd zamanı həbs edilənlərdən birinin hücumu müzakirə etdiyi göstərilən video yazı ələ keçirib.

Avstraliya İraqda İslamçı Dövləti qrupunun yaraqlılarına qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyaya daxildir. Sentyabr ayından bəri ölkədə terror təhlükəsi artdığına görə təhlükəsizlik tədbirləri gücləndirilib.

“Təəssüff ki, elə adamlar var ki, bizimlə bir ölkədə yaşayaraq həmvətənlərinə xətər yetirmək istəyir”-deyə Avstraliyanın Baş naziri Toni Abbott bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm