Moskva üçün “super”, Kiyev və Berlin üçün “ağır” - DANIŞIQLAR
Bizi izləyin

Dünya

Moskva üçün “super”, Kiyev və Berlin üçün “ağır” - DANIŞIQLAR

“Danışıqlar olduqca ağır gedir, amma müvəffəqiyyətə ümid var”.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Minskdə keçirilən “Normandiya dördlüyü”nun görüşünün fasiləsində Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Yevgeni Perebiynis bildirib.

Bundan başqa, “Azadlıq” radiosunun yazdığına görə, Almaniyanın Xarici İşlər Nazirliyi “Norman dördlüyü”nün liderlərinin danışıqlarını çətin adlandırıb. "Minskdə çətin danışıqlar davam edir. Xarici işlər naziri Frank-Valter Ştaynmayer bu danışıqlarda iştirak etmək üçün Braziliyaya planlaşdırılan səfəri təxirə salıb”, - Almaniyanın Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Amma prezidentlərin görüşünün necə keçməsi haqda suala Rusiya xarici işlər naziri Sergey Lavrov "super" cavabını verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm