Donbasda separatçıların piyada qoşunu məhv edilib
Bizi izləyin

Dünya

Donbasda separatçıların piyada qoşunu məhv edilib

Donbasda sülhün əldə edilməsi üçün Minskdə danışıqların getdiyi bir vaxtda Donetsk vilayətinin Şirokino və Saxansk rayonları ərazisində ağır döyüşlər gedir.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə “Azov” batalyonunun “Facebook” səhifəsində deyilir.

Məlumata görə, Şirokino ərazisində separatçılar artilleriya, minaatanlar və tankların köməyi ilə əks-hücuma keçməyə cəhd ediblər. Batalyonun xəbərində bildirilir ki, hücum dəf olunub və düşmənin piyada qoşunu məhv edilib.

Son məlumata görə, separatçıların hücumunun ikinci dalğası başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm