Dünya
Lukaşenko: “Onlara şəxsən “kofe” daşıyırdım”
Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki Müstəqillik Sarayında Ukrayna böhranı üzrə danışıqlarda iştirak edən liderlərin yediyi yeməklərdən danışıb.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, dövlət başçısı qonaqlara qayğanaq, pendir və süd məhsulları verildiyini deyib.
“Belarus və Rusiyada istehsal olunan hər şeydən istifadə olundu. Qayğanaq, pendir və süd məhsulları yedilər. Qəhvədən isə bir neçə vedrə içdilər”, - Lukaşenko bildirib.
Lukaşenko bildirib ki, Minskdə danışıqların iştirakçılarına qəhvəni şəxsən özü gətirib. Dövlət başçısı jurnalistlərə deyib ki, sülh razılaşmasının imzalanacağı halda Ukrayna üzrə danışıqların iştirakçılarına qəhvə gətirəcəyinə söz verib. Jurnalistlərdən biri “Bunu etdinizmi” sualına Lukaşenko “Bəli" cavabı verib.
Lukaşenkonun sözlərinə görə, ötən gecə davam edən danışıqlar zamanı nümayəndə heyətlərinin ekspertləri növbə ilə yatıblar: “Dövlət başçılarına isə istirahət etmək mümkün olmadı”.
Ömər Dağlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!