Putin Minsk razılaşmasını pozdu – İLK GÜNDƏ
Bizi izləyin

Dünya

Putin Minsk razılaşmasını pozdu – İLK GÜNDƏ

Rusiya hərbi texnikanı böyük partiyalarla Donbas hövzəsindəki terrorçulara çatdırmaqda davam edir.

Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna anti-terror qərargahının nümayəndəsi Andrey Lısenko brifinqində bildirib.

“Ukraynanın ərazisində Rusiyanın hərbi texnikası və hərbi qulluqçuların olmaması haqqında Rusiya Federasiyasının yüksək vəzifəli şəxslərin bəyanatlarına baxmayaraq, 12 fevral gecəsi İzvarino sərhəd-keçid məntəqəsi vasitəsilə hərbi texnikanın növbəti yerdəyişməsi baş verib. Təxminən 50 tank, 40 reaktiv yaylım atəş sistemi və BTR Rusiya-Ukrayna sərhədini keçib”, - Lısenko deyib.

Qeyd edək ki, Ukrayna münaqişəsi üzrə keçirilən danışıqların nəticəsi olaraq Minsk bəyannaməsi qəbul edilib. Sənəd Ukrayna ərazisindəki bütün xarici qoşunların, hərbi texnika və muzdluların ölkədən çıxarılmasını nəzərdə tutur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm