Rusiya və Qərb münaqişəsinin əsas qalibi... – İDDİA
Bizi izləyin

Dünya

Rusiya və Qərb münaqişəsinin əsas qalibi... – İDDİA

Rusiya və Qərbin münaqişəsində əsas qalib Çindir.

Publika.az xəbər verir ki, belə bir iddia ilə “Time” nəşrində dərc olunan yazıda siyasi müşahidəçi Yen Bremmer çıxış edib.

Onun sözlərinə görə, bugünkü gündəliyin əsas məsələsi Ukraynaya silahı çatdırmağın vacib olub-olmadığıdır: “Obama administrasiyası, Böyük Britaniya və Kanada bu məsələyə baxırlar. Vaşinqtonda bəzilər, məsələn Con Makkeyn əmindir ki, Ukraynaya silah çatdırmaq faydalıdır. Avropa xarici siyasətinin lideri olan Almaniya isə buna qəti şəkildə qarşı çıxır”, - o, yazıb.

Amerikalı siyasi müşahidəçi hesab edir ki, Rusiyanı cəzalandırmaq əslində Avropanı cəzalandırmaqdır: “Vaşinqton Moskva ilə iqtisadi münasibətlərin pozulmasına laqeyd yanaşa bilər. 2013-cü ildə Rusiya ABŞ-ın ticarət partnyorları sırasında yalnız 23-cü yerdə idi. Bu isə ABŞ xarici ticarətinin yalnız 1 faizini təşkil edir. Avropada isə bu rəqəm 10 faiz təşkil edir. Avropa ölkələri Rusiya enerjidaşıyıcısıları, həmçinin bank, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə Rusiyadan asılıdır. Rusiyanı cəzalandırmaq həm də Avropanı cəzalandırmaq anlamına gəlir”.

“ABŞ və Avropa Birliyi Rusiya barəsində taktika ilə bağlı razılaşa bilmir: kim qalib olacaq? Bu, Putin deyil. Bu, Çindir. Çin Qərbin “Rusiyanın təcavüzünə güclü beynəlxalq reaksiya lazımdır” tezisini rədd edir. Rusiya Şərqə çevrilir. Çin Rusiya ilə ticarət münasibətlərində öz mövqeyini sərtləşdirəcək, eyni zamanda çalışacaq ki, Amerika və Avropa ilə münasibətlərini genişləndirsin. Bu iki komanda ilə oyun Çinə böyük xeyirlər gətirəcək”, - Bremmer sonda bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm