Ukraynadan Kremlin təbliğatına növbəti zərbə - Audio
Bizi izləyin

Dünya

Ukraynadan Kremlin təbliğatına növbəti zərbə - Audio

Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov separatçılar arasındakı radio danışıqlarını dərc edib.

Publika.azunian.net” saytına istinadən xəbər verir ki, radio danışıqları dünən separatçılar tərəfindən Donetskdəki yaşayış binalarına artilleriya zərbələrinin endirildiyini sübut edir.

Qeyd edək ki, Donetskə atılan mərmilər “Mərkəz” avtostansiyasına düşüb. Nəticədə altı nəfər həlak olmuş, 8-i yaralanmışdı. İki avtobusa, avtostansiyanın damı və yaxınlıqda yerləşən supermarketin binasına ciddi zərər vurulub. Hadisə ilə əlaqədar Rusiya KİV-ləri Ukrayna ordusunun Donetskin dinc əhalisini atəşə tutduğu barədə xəbərlər yazdı.

Ukrayna daxili işlər nazirinin dərc etdiyi audioyazı hadisənin arxasında separatçıların dayandığını göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm