Lavrov: “Vaşinqton hesab edir ki...”
Bizi izləyin

Dünya

Lavrov: “Vaşinqton hesab edir ki...”

“ABŞ-ın milli təhlükəsizlik strategiyası ona əsaslanıb ki, Vaşinqton hamını idarə etməlidir”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“ABŞ-ın milli təhlükəsizlik strategiyası ona əsaslanıb ki, Vaşinqton hamını və hər yerdə idarə etməlidir. Özü də bütün mümkün vasitələrə söykənərək - iqtisadi sanksiyalardan güc tətbiqinə qədər”, - Lavrov bildirib.

Xatırladaq ki, analoji fikirləri dünən Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Aleksey Puşkov “Twitter” mikrobloqunda yazıb. Onun sözlərinə görə, ABŞ-da raket-bomba zərbələri və yaxud da lazım olan tərəflərə silah verilməsi bütün problemlərdən ən yaxşı çıxış yolu hesab edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm