BMT-dən İŞİD-ə ağır zərbə: “Can damarı” kəsilir
Bizi izləyin

Dünya

BMT-dən İŞİD-ə ağır zərbə: “Can damarı” kəsilir

BMT Təhlükəsizlik Şurası İŞİD terror təşkilatının maliyyə qaynaqlarının məhdudlaşdırmasını nəzərdə tutan qərar layihəsini yekdilliklə qəbul edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya tərəfindən hazırlanan qərar layihəsi ilə İŞİD-in neft, tarixi və mədəni əsərlərin satışından gəlir əldə etməsinin qarşısının alınması planlaşdırılır.

BMT nizamnaməsinin 7-ci hissəsi əsasında hazırlanan qərarda İŞİD-dən neft və ya tarixi əsərlər alanlar, buna kömək edənlər və İŞİD-in əlindəki girovları azad etmək üçün pul ödəyənlərə sanksiyaların tətbiqi nəzərdə tutulub. BMT Terrorla Mübarizə Komissiyası ötən il hazırladığı hesabatında İŞİD-in girovların azad olunması qarşılığında illik 35 milyon dollardan çox gəlir əldə etdiyini vurğulamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm