ABŞ Senatı yeni müdafiə nazirini təsdiqlədi
Bizi izləyin

Dünya

ABŞ Senatı yeni müdafiə nazirini təsdiqlədi

ABŞ Senatı ölkənin müdafiə naziri postuna Eşton Karterin namizədliyini təsdiqləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Senatın 98 üzvü Karterin namizədliyini dəstəkləyib.

ABŞ prezidenti Barak Obama ötən ilin dekabr ayında müdafiə naziri Çak Hegelin istefasından sonra Eşton Karteri bu posta namizəd göstərmişdi.

Müdafiə Nazirliyində 2011-2013-cü illərdə nazir köməkçisi vəzifəsini icra edən Karter həm Hegel, həm də onun sələfi Leon Panetta ilə çalışıb. Karter daha əvvəllər həm Obama, həm də keçmiş prezident Bill Klinton dövründə Pentaqonda müxtəlif postlar tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm