Danimarka Ukraynaya əlavə yardım edəcək
Bizi izləyin

Dünya

Danimarka Ukraynaya əlavə yardım edəcək

Danimarkanın xarici işlər naziri hökumətin Ukraynaya 10 000 000 kron (1,5 milyon dollar) yardım göstərmək haqqında qərarını açıqlayıb. Nazir atəşin dayandırılması barədə əldə edilmiş razılıqdan yaranmış optimizmi də ehtiyatla bildirib.

Pullar Ukraynadakı böhrandan zərərçəkənlərə yardım göstərmək üçün yönəldiləcək.

Danimarka bu pulu Rusiya Prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və Ukrayna Prezidenti Pyotr Poroşenko arasında Minskdə saatlarla davam edən danışıqlardan sonra Ukraynanın şərqində atəşin dayandırılmasına dair razılığa gəlmələri barədə bəyanatından sonra ayırıb.

Vəsaitin ayrılmasının əsas səbəbi Ukraynanın şərqində hərbi əməliyyatlardan və qışın soyuğundan əziyyət çəkən mülki əhalinin ağır durumudur.

Qeyd edək ki, Danimarka bu yardımı göstərməklə Avropanın Almaniya, İsveç və İngiltərə kimi ən iri donorlarından biri olur.

Ötən ilin dekabr ayında Danimarka artıq 10 000 000 kron məbləğində yardım göstərmişdi. Bütün pullar Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə yönəldilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm