Kerri: "Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək"
Bizi izləyin

Dünya

Kerri: "Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək"

"Rusiya Minsk razılaşmasına əməl edərsə, bütün sanksiyalar ləğv ediləcək".

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Con Kerri deyib. "ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvi barədə düşünməyə hazırdır. Ancaq razılaşmanın bütün şərtləri yerinə yetirilməlidir. Ukrayna ərazisindən tamamilə ordu çıxarılmalı, girovlar azad edilməlidir", - deyə Kerri bildirib.

Kerri qeyd edib ki, ABŞ müttəfiqləri ilə Ukraynanın müstəqilliyinin bərpasına kömək etməyə hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm