Dünya
BMT: Yəmən uçurumun kənarındadır
Yəmən uçurumun bir addımlığındadır.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Ban Gi Mun deyib. O deyib ki, ağırlaşmaqda olan böhranı kənardan izləmək olmaz. O, Yəməni təcili şəkildə hökumətin təşkilinə çağırıb.
Baş katib beynəlxalq ictimaiyyətin qarışmadığı təqdirdə siyasi, humanitar və təhlükəsizlik böhranı yaşanan bu ölkədə vəziyyətin daha da kəskinləşəcəyi barədə xəbərdarlıq edib.
İranın dəstəklədiyi şiə müsəlman qrupu Husilərin ölkədə yaratdığı xaos dərinləşməkdədir. Qrupun döyüşçüləri çənub ərazilərinə doğru irəliləyir. Sentyabr ayında hutilər paytaxtı ələ keçirib. Hazırkı durum ABŞ, Britaniya və Fransanı o ölkədəki səfirliklərini bağlamağa vadar edib
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Camal Benomar ölkədəki keçid prosesinə yardım etməyə çalışır. O, Yəməndə vətəndaş müharibəsi riskinin yüksək olduğunu bildirir.
Benomar qeyri-sabitliyin Ərərbistan yarımadasında Əl-Qaidənin mənafeyinə xidmət edə biləcəyini deyib.
BMT əhalisinin 60 faizinin ehtiyac içərisində olan Yəmənə 750 milyon dollarlıq humanitar yardıma ehtiyac olduğunu bəyan edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!