Sarkisyan təşviş içində - təcili iclas çağırdı
Bizi izləyin

Dünya

Sarkisyan təşviş içində - təcili iclas çağırdı

Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən bildirilib.

İclasın bu axşam keçiriləcəyi xəbər verilir.

Ermənistan mətbuatının yazdığına görə, son günlər ölkədə baş verən hadisələr Sarkisyanı təşvişə salıb. Xüsusilə Ermənistan ordusunun diversiya qruplarının cəhdlərinin uğursuzluqla nəticələnməsi, əsgər ölümləri erməni prezidenti çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, fevralın 10-da Ermənistan ordusunun təşkil etdiyi 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var. Azərbaycan Ordusunun heç bir itki vermədən düşmənin iki diversiya qrupunu məhv etməsi Ermənistan ictimaiyyətində təlaş yaradıb.

Bura həmçinin Ermənistanın pilotsuz təyyarəsinin vurulması da daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm