Dünya
Rusiyadan iyrənc təhsil: hərbi məktəbdə “Türkiyəni vurmaq” dərsi
Rusiyanın Müdafiə Nazirliyinə bağlı olan Cəmiyyət Şurası dəyişən geosiyası vəziyyətin tədris planına əks etdirilməsi üçün hərəkətə keçib.
Publika.az-ın “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, hərbi məktəblərdə təlim-tədris prosesinin müasir texnologiyaların tətbiqi ilə keçirilməsi planlaşdırılır.
Məlumata görə, Rusiyanin hərbi akademiyalarına rəhbərlik edən general-leytenant Oleq Makareviç tədris proqramında Türkiyə və Latviyanın da aralarında olduğu bəzi ölkələrin hərbi bazalarına hücumun əks etdirilməsi barədə tapşırıq verib. O, hərbi akademiyalardan birində həyata keçirilən kiçik sınaqda şəxsən iştirak edib.
Makareviç qeyd edib ki, hərbi strategiyalar dörd il əvvəlki strategiyalardan çox fərqlidir. “Ukrayna böhranı, Kiyevin ABŞ-ın tərəfdarı olması, İŞİD terror təşkilatı, Koreya yarımadasındakı qeyri-sabit vəziyyət fərqli davranmağımızı zəruri edir. Təhsil müasirləşdiriləcək, hərbi məktəblərdə döyüş robotları və pilotsuz hava vasitələri kimi müasir texnologiyalardan istifadə olunacaq”, - rusiyalı general deyib.
Ömər Dağlı
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub