“Öcalan azad ediləcək” - İDDİA
Bizi izləyin

Dünya

“Öcalan azad ediləcək” - İDDİA

Türkiyənin İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalan parlament seçkilərindən sonra azadlığa buraxıla bilər.

Publika.az Türkiyənin “Sözçü” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasına yaxınlığı ilə tanınan jurnalist Nagehan Alçı bildirib.

NTV kanalının canlı efirində danışan jurnalist Qəndil-Ankara-İmralı üçbucağında pərdəarxası oyunların getdiyini iddia edib.

Qeyd edək ki, Öcalan fevralın 4-də İmralıda onunla görüşən Xalqların Demokratik Partiyasının (HDP) nümayəndələrinə “PKK silahı yerə qoysun” deyib. O, silahlı mübarizənin artıq başa çatdığını, siyasi mübarizənin başlandığını dilə gətirib. PPK liderinin bu təlimatı onun gələcəyi ilə bağlı hansısa mühüm hadisələrin baş verəcəyini düşünməyə əsas verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm